Günəş doğub batanacan,
Yüyürdüm, yordum özümü.
Mən özümə çatanacan,
Çox yoldan saldım, izimi.
Kipriyimdən yaş asıldı,
Ovcuma sıxdım gözümü.
Ürəyim dərdə qısıldı,
Dərdlə güldürdüm üzümü.
Yeriməyə çox tələsdim,
Yollarda bükdüm dizimi.
Mən sözün nəfəsin kəsdim,
Söz verdim, tutdum sözümü.
YERİMƏYƏ ÇOX TƏLƏSDİM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.