İlahi, mənə yaxşı bax,
Evinə gələn qonağam.
Sənin evində doğulub,
Evində ölən qonağam.
Hər gün qarşında diz çöküb,
Əl açıb boynumu büküb.
Dərdimi içimdə çəkib,
Üzünə gülən qonağam.
Heç kimi yerdə üzməyən,
Sınaqlarından bezməyən.
Mən səni göydə gəzməyən,
Yerini bilən qonağam.
İLAHİ MƏNƏ YAXŞI BAX
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.