10/21/2022

Hansı dildə sevim səni

Ürəyimdə min dərd yükü,
Bir yer verən yoxdu, mənə.
Əlində bir səbət yükü,
Gördüm, tez yer verdim sənə.

Mən sənə vurulan gündən,
Sənsiz bölündüm, biləsən.
Hansı dildə sevim səni,
Susmayıb, dilə gələsən.

Öz içimdə danışırdım,
Çölümə səsim gəlmədi.
Bir qıza nəfəsim dedim,
Getdi, nəfəsim gəlmədi.

HANSI DİLDƏ SEVİM SƏNİ
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.