10/21/2022

Kaş ki ölən mən olaydım

Kaş ki, ölən mən olaydım, 
Mənə sevgin ölməyəydi.
Hamı biləydi, getmisən, 
Kaş, ürəyim bilməyəydi. 

İzimdən öpən izlərin,
Əlimdən tutan sözlərin.
Məni ağladan gözlərin,
Şəkillərdə gülməyəydi.

Keçir gözümdən yerişin, 
Ürəyimlə nədir işin.
Elə, gedəydin gedişin, 
Ağlıma heç gəlməyəydi.

KAŞ Kİ ÖLƏN MƏN OLAYDIM
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.