Can deyib, can bildiyim,
Canıma qənim oldu.
Könlümü kimə verdim,
Dərd verdi, qəmim oldu.
Tanıdım sevgisini,
Görmədim kölgəsini.
Gözləri özgəsinin,
Göz yaşı mənim oldu.
Əzilsə də, əzmədi,
Əl verdilər, üzmədi.
Yenə, ürək dözmədi,
Yenə də, həmin oldu.
Ağrısa ağrıdığım,
Yarasın sarıdığım.
Düşməndən qoruduğum,
Dostlar, düşmənim oldu.
DOSTLAR DÜŞMƏNİM OLDU
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.