Bir az dodaqların şərab qoxulu,
Bir az baxışların sərxoş kimidir.
Sənin o ürəyin döş qəfəsində,
Azadlıq istəyən bir quş kimidir.
Xəyalın dağınıq saçların kimi,
Fikrin də beynində darağa gəlmir.
Özünü asmısan səs tellərindən,
Səsin öz içindən uzağa gəlmir.
Alnının qırışında itib hərflər,
Üzünə həsrətin kölgəsi düşüb.
Bütün sevgilərdən yetim qalan qız,
Bəxtinə ayrılıq ölkəsi düşüb.
BƏXTİNƏ AYRILIQ ÖLKƏSİ DÜŞÜB
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.