10/22/2022

Niyə sevdim səni mən

Hələ başa düşmürəm,
Sən gedəndən məni mən.
Axı niyə sevdim ki,
Niyə sevdim səni mən.

Tək xatirən xoş qalıb,
Sənsiz ürək boş qalıb.
Yerində bir daş qalıb,
Kimi sevim, kimi mən.

Saxlayıram özümdə,
Yaş görməzsən üzümdə.
Quruduram gözümdə,
Könlümdəki nəmi mən.

Çıx yadımdan ay adam,
Təkliyimlə mən şadam.
Daha sevgiyə yadam,
Doğma bildim qəmi mən.

Hələ başa düşmürəm,
Sən gedəndən məni mən.
Axı niyə sevdim ki,
Niyə sevdim səni mən.

NİYƏ SEVDİM SƏNİ MƏN
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.