Bakıya qar yağdı, ana,
Evə də, gələ bilmədim.
Mən bir tikə çörək alıb,
Sizinlə bölə bilmədim.
Yoruldum, həyat yoldaşım,
Göz yumdum, yata bilmədim.
Gözü yaşlı yatdı qızım,
Evə tez çata bilmədim.
Cibim boşdu, qəlbim dolu,
Sözümdə qala bilmədim.
Sənə qartopu gətirdim,
Oğlum, top ala bilmədim.
SƏNƏ QARTOPU GƏTİRDİM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.