10/22/2022

Yerdə hamı ögey mənə

Yaş ötdükcə tanış gəlir,
Bu yer mənə, bu göy mənə.
Bir Allahla doğmalaşdım,
Yerdə hamı ögey mənə.

Ay gizlənir, görmək olmur,
Bulud nəmdi, sərmək olmur.
Ulduzları dərmək olmur,
Tanrı, göyü tut, əy mənə.

Həyat verib qul elədin,
Əzib məni yol elədin.
Şükür, dərdi bol elədin,
Bu dərd verdi, çox şey mənə.

YERDƏ HAMI ÖGEY MƏNƏ
şeirin müəllifi: ROMA XOSROV




Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.