10/22/2022

Ürəyimi dərib getdi

Dərdlərin böldüyüm qadın,
Mənə min dərd verib getdi.
O qadın mənim ömrümdə,
Öz ömrünü sürüb getdi.

Özün tapdı sözlərimdən,
Bir yol saldı izlərimdən.
Göz yaşımı gözlərimdən,
Yanağıma sərib getdi.

Çıxdı qəlb adlı qəfəsdən,
O itirdi məni qəsdən.
Boş getmədi, sinəm üstdən,
Ürəyimi dərib getdi.

ÜRƏYİMİ DƏRİB GETDİ
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.