Sən ömrümə düşdün mənim,
Qış gətirən soyuq kimi.
Səndə üzən ümidlərim,
Səndə batdı, qayıq kimi.
Ağ gün gördüm, o ağ üzdən,
Tutdum, sevgi adlı sözdən.
Yerə düşdüm, dəniz gözdən,
Çırpınıram, balıq kimi.
Günəş idin, çıxdım günə,
Nə mən baxdım, nə sən mənə.
Ürəyimi böldüm sənə,
Qaldın məndə qalıq kimi.
YERƏ DÜŞDÜM DƏNİZ GÖZDƏN
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.