Tanrı çox qadını gözəl yaratdı,
Hamıda dil, dodaq, göz, əl yaratdı.
Dünyada hamının oxşarı oldu,
Tək səni hamıdan gözəl yaratdı.
Yaşamaq deyil, bu yaşlanmaq, sənsiz,
Səninlə dərdimiz, sevgimiz əkiz.
Gözünün içində böyük bir dəniz,
Sarı saçlarından xəzəl yaratdı.
Bu dünyaya gəlməyimi kim dedi,
Səni tapanda bildim, həyat nədir.
Mən doğulan günü dünya yox idi,
Dünyamı dünyadan əvvəl yaratdı.
SƏNİ TAPANDA BİLDİM HƏYAT NƏDİR
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.