10/21/2022

Xəyalımda ev qurmuşam

Gəl, görüşək, sözlərimlə,
Daş qəlbini sökə bilim.
Gəl, bircə yol gözlərimlə,
Sevinc yaşı tökə bilim.

Bir vaxt ötdüyün yollardan,
Gözdən itdiyin yollardan.
Gəl ki, getdiyin yollardan,
Gözlərimi çəkə bilim.

Sözümün üstə durmuşam,
Zamanı qovub yormuşam.
Xəyalımda ev qurmuşam,
Gəl, bu evi tikə bilim.

XƏYALIMDA EV QURMUŞAM
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.