Elə, getdiyin kimi,
Bir nəfəsə qayıt, gəl.
Kəsilir ey nəfəsim,
Yol tap, kəsə qayıt, gəl.
Ay arzum, ay diləyim,
Ay nəfəstək gərəyim.
İstəmirəm ürəyim,
Səndən küsə, qayıt, gəl.
Ayrılığın qamçısın,
Ürəyimin sancısın.
Göz yaşımın damcısın,
Eşit, səsə qayıt, gəl.
QAYIT GƏL
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.