Kaş ki, biz o qədər yaxın olaydıq,
Gözümün üstündə qaş, sən olaydın.
Evimin qapısın üzümə açan,
Çayımı gətirən, kaş sən olaydın.
Köhnə küçələrə yol çəkiləndə,
Sən gələn yollardan gözüm çəkilir.
O ağac da, adımızla boy atdı,
O ağacdan xatirələr tökülür.
Qoşulub yollara, çıxıb gedirdin,
Səni bir küçədə gözlərim tutdu.
Səni ayağım yox, əllərim gəzir,
Səni bərk tutmağı əlim unutdu.
SƏNİ BİR KÜÇƏDƏ GÖZLƏRİM TUTDU
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.