10/22/2022

İtirdin məni

Bu gün xətrinə dəydim,
Xətrin çox yaxın idi.
Səni belə sevməyim,
Ən şirin yuxun idi.
Ötürdün.

Xəyalımdan getməyən,
Arzusuna yetməyən.
Mənim üçün bitməyən,
Nəfəsin, qoxun idi.
Bitirdin.

Bu yuxunu ötürmək,
Bu nəfəsi bitirmək.
Sənin məni itirmək,
Ən böyük qorxun idi.
İtirdin.

İTİRDİN MƏNİ
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.