10/21/2022

Unutmadım

Qəlbimdən elə keçdin, 
İzini unutmadım. 
Gözümə elə köçdün,
Üzünü unutmadım. 

Ay dərdindən doyduğum, 
Sussa səsin duyduğum.
Səndən çox, baş qoyduğum, 
Dizini unutmadım.

Sənə yaraşmır, bu don,
Sifətin bir, üzün on.
İlk sözün yox, o ən son,
Sözünü unutmadım.

Pillə-pillə qalxdığım, 
Zirvəsindən baxdığım,
Düşməyimdən qorxduğum,
Gözünü unutmadım.

UNUTMADIM
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.