Sən mənim qəlbimə yatdığın gündən,
Mənim gözlərimin yuxusu yoxdur.
Dünyanın ən gözəl güllərinin də,
Sənin saçın qədər, qoxusu yoxdur.
Mənimtək əriyir, ömrü bir şamın,
Sabahı yoxdur bu, sənsiz axşamın.
Bilirsən, ümidi ölən adamın,
Daha ölümdən də, qorxusu yoxdur.
Bir çiçək sevmişdim, tikanın dərdim,
Açıb ürəyimi yoluna sərdim.
Bütün insanların içini gördüm,
Dünyada Allahdan yaxşısı yoxdur.
ÜMİDİ ÖLƏN ADAM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.