Ömür verdiyim həyatın,
Verdiyi dərdə baxıram.
Bu qədər namərd içində,
Allahtək mərdə baxıram.
Yanından ötdüyüm yola,
Hər azıb itdiyim yola.
Mən keçib getdiyim yola,
Qayıdıb bir də baxıram.
Tanrı verən vergidən çox,
Heç nəyim yox, sevgidən çox.
Mən özümə güzgüdən çox,
Kölgəmlə yerdə baxıram.
ÖMÜR VERDİYİM HƏYAT
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.