Sinəmdə yanır ürəyim,
Təndir üstə fətir kimi.
Səni söz-söz toxuyuram,
Şeirimə sətir kimi.
Yağışa düşsə yanağın,
Qoyma islana dodağın.
Bağla gözünün qapağın,
Tut gözünə, çətir kimi.
Eşit sinəndə səsini,
Qır qəlbinin qəfəsini.
Tök üstümə nəfəsini,
Mən qoxlayım, ətir kimi.
QIR QƏLBİNİN QƏFƏSİNİ
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.