10/21/2022

Qadınlar kişiləri sevər

Qadınlar,
kişiləri sevər,
Qadınlar,
hər adamı sevməz
Qadınlar azad yaşayar,
öləndə də azad ölər,
Qadınlar edamı sevməz.
Ya böyüyüb kişi olmalısan,
ya da, sevilməyi unutmalısan.
Sevsən,
əlindəki bütün qadınları atıb,
Ovcunda,
yalnız bir qadını tutmalısan.
Hətta,
kitab oxumayan qadınlar da,
bütün kişiləri,
əzbər bilir biləsən,
Qadınlar,
qəlbinə yazdığı adamı
bir dəfə bağışlayır,
Qadınlar, 
adamı bir dəfə silir biləsən.
Bütün kişilər,
ata olmadığı kimi-
bütün qadınlar da,
ana olmur,
Hər doğulan oğul da,
böyüyüb kişi olmur,
Amma,
övladını atasız böyüdən,
analar kimi-
Analar, kişi olur bəzən,
Analar, Ata olur biləsən...

QADINLAR KİŞİLƏRİ SEVƏR
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.