10/21/2022

Bilməzsən necə darıxıram

Bilməzsən, necə darıxıram,
Necə ağlamaq istəyirəm.
Gözlərimi qoyub yastığa,
Gecə ağlamaq istəyirəm.

Apardın, haçan ürəyimi,
Qanadsız, uçan ürəyimi.
Arxanca qaçan ürəyimi,
Tutub, saxlamaq istəyirəm.

Qoyma, toz basa izlərimi,
Bizi yaşadan sözlərimi.
Səni görməyən gözlərimi,
Ölüb, bağlamaq istəyirəm.

BİLMƏZSƏN NECƏ DARIXIRAM
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.