Sevgi yaxınlıq deyil,
Yaxın-yaxın uzaqlıqdı.
Sevgi qovuşmaq deyil,
Qovuşmadan ayrılıqdı.
Gecələri sevmək
səhərə darıxmaqdı, sevgi.
Gözlərini bağlayıb
qəlbinlə baxmaqdı sevgi.
Sevgi günah işlətmədən tutulmaq,
Cəzası bir ömür çəkilən cinayətdir.
Sevgi azadlıqda məhkum olmaq,
Sevgi dünyaya gəlməkçün siyasətdir.
Sevgi təkliyə sığınmaqdı,
Sevgi vaxtı uduzmaqdı.
Sevgi yalnızlığa üsyandı
Sevgi sükutu pozmaqdı.
Sevgi kiçik adamları
şəkillərdə böyütməkdir.
Sevgi böyük ürəkləri,
bağlı qapı arxasında çürütməkdir.
Alnında yeri boş qalan adı
ürəyə yazmaqdı, sevgi.
Tanımadığın yerdə dünya qurmaq,
Tanıdığın küçədə azmaqdı, sevgi.
Özünü itirərkən,
hər şeyi tapmaqdı, sevgi.
Birini düşünərkən-
Hamını, unutmaqdı, sevgi.
SEVGİ QOVUŞMAQ DEYİL
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.