Bilirsən, səni görəndə,
Dəyişir baxışım, qadın.
Sən ən uzaq yaxınımsan-
Ən doğma tanışım, qadın.
Dərdi, qəmi heç eləyim,
Ürəyində gecələyim.
Qapısın aç, köç eləyim-
Qəlbinə yığışım, qadın.
Aynaya yox, baxım sənə,
Gəl, özümü göstər mənə.
Qara bəxtimi ağ günə-
Çıxardan sarışın qadın.
SARIŞIN QADIN
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.