Salam Allah salamıdır,
Salam Allahım, necəsən.
Dərdləşməyə adam yoxdu,
Təkəm, hardasan gecə, sən.
Çıxıb özümdən, getmişdim,
Bu gün özümdə deyiləm.
Məni yaxşı eşitməkçün,
Gəldim, qarşında əyiləm.
Ətəyinə çatmır əlim,
Gedirəm, gəldiyin yola.
Hələ sağam, gəl görüşək,
Gərək elə ölüm ola.
HƏLƏ SAĞAM GƏL GÖRÜŞƏK
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.