10/22/2022

O qıza yaraşan söz tapmadım mən

Üzüm üzsüz oldu üz götürmədi,
Üzümə çəkməyə üz tapmadım mən.
Əyriyə əyildi, düzə düz deyən,
Gözümə düz baxan, düz tapmadım mən.

Nə yazdım varağın boyuna ölçdüm,
Bir qələm kağızla bir ömür keçdim.
Ən gözəl sözləri əyninə biçdim,
O qıza yaraşan söz tapmadım mən.

Gözümü eynəktək yollara taxdım,
Dəniz gözlərinə çay kimi axdım.
Özüm özüm kimi hamıya baxdım,
Özümə baxmağa göz tapmadım mən.

O QIZA YARAŞAN SÖZ TAPMADIM MƏN
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.