10/21/2022

Nə qəribə darıxmaqdır

Nə qəribə darıxmaqdır,
Düşünüb əzab çəkirəm.
Mən acı göz yaşlarımdan,
Hər gecə şərab çəkirəm.

Elə düşmüsən dərinə,
Yer də qalmayıb birinə.
Qəlbimin sınan yərinə,
Əlimlə mizrab çəkirəm.

Gözlərim dərdimi danır,
Xoşbəxtlər də xoşbəxt sanır.
Ürəyim od tutub yanır,
Sinəmdə kabab çəkirəm.

NƏ QƏRİBƏ DARIXMAQDIR
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.