10/21/2022

Gəl sök bu daş günləri

Yaşamıram ki, sənsiz,
Keçən bu boş günləri.
Ömrümdən il aparan,
Gözümdən yaş günləri.

Harda ətrini duydum,
Sənsiz ağladım, doydum.
Getdin, geridə qoydum,
Ən gözəl, xoş günləri.

Dərdlər məni daşladı,
Xatirən yaddaşdadı.
Yoxluğunla başladı,
Ömrümün qış günləri.

Sən deyilsən, gördüyüm,
Ömürdümü, sürdüyüm.
Gəl, ömrümə hördüyün,
Gəl, sök, bu daş günləri.

GƏL SÖK BU DAŞ GÜNLƏRİ
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.