Onu sevdim, bilmədi,
Susdum, könüldə sevdim.
Qoxusun almadığım,
Çiçəkdə, güldə sevdim.
Eşitmədim səsini,
Almadım nəfəsini.
Qırıb eşq qəfəsini,
Onu şəkildə sevdim.
O da boş qoydu yerin,
Belə bəxt olar görün.
Məni sevməyən birin,
Tapdım, bu il də sevdim.
ONU ŞƏKİLDƏ SEVDİM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.