Gözümün rəngidir bəxtimə çıxan,
Bəxtimə gözümün qarası dəyib.
Hər gün ürəyimdən üzümə baxan,
Allahın mənimlə arası dəyib.
Böyüdüm elə pis yıxıldım ki, mən,
Uşaq vaxtı belə yıxılmamışdım.
Böyük dediyiniz bu dünya qədər,
Anamın bətnində sıxılmamışdım.
Susub ağlamağı təsəlli bildim,
Bir gün göz yaşımda boğulacağam.
Gəldim bu dünyada bir ömür öldüm,
Gedib o dünyada doğulacağam.
BƏXTİMƏ GÖZÜMÜN QARASI DƏYİB
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.