Doqquz ay yükümü götürən ana,
Zülmətdən işığa ötürən ana.
Məni bu dünyaya gətirən ana,
İzn ver, əyilim əlindən öpüm.
Bəxt üzüyün yara salıb, barmaqda,
Xoşbəxtlik də, durub səndən uzaqda.
Göz yaşının izi qalıb yanaqda,
Gətir, gözlərinin selindən öpüm.
Sən nəfəs al, nəfəsinlə mən doyum,
Aldığın nəfəsdə azadlıq duyum.
Ayağımın altda dağları qoyum,
Boyum sənə çatsa telindən öpüm.
MƏNİ BU DÜNYAYA GƏTİRƏN ANA
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.