Əllərini itirdi,
Bu adam bu torpaqda.
Əl tuta bilməyənə,
Salam vermir uşaq da.
Ölsə, çıxan yox yiyə,
Yaşayır ömrün yeyə.
Əlləri yoxdu deyə.
Dura bilmir ayaqda.
Ona yanan de, kimdi,
Özü yandı, isindi.
Üşüyür əli, indi,
Bədənindən uzaqda.
ƏLSİZ ƏLİL
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.