10/21/2022

Beşik və göz yaşı

Ata, səndən ölüm yox,
Allah ayırdı, məni.
Sənsiz həyatda birtək,
Tanrı duyurdu, məni.

Keçdim, özümdən keçdim,
Özümə bir yol seçdim.
Gözlərimdən su içdim,
Dərdim doyurdu məni.

Bu həyata üz verib,
Aldandım, ömür sürüb.
Kimsəsiz, yetim görüb,
Hamı buyurdu məni.

Kirayə ev-eşikdə, 
Biz dururduq keşikdə.
Göz yaşıyla beşikdə,
Anam yuyurdu məni.

BEŞİK VƏ GÖZ YAŞI
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.