“Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf”
Ana oğlun şəhid olub,
Arzusuna çatıb, gəlib.
Başın salamat gətirib,
Ürəyini atıb gəlib.
Gözləri yuxu bilməyib,
Baş əyməyib, əyilməyib.
O yaşayır, o ölməyib,
Tabutunda yatıb, gəlib.
Ovcunda tutub torpağın,
Bu şəhidin öp, ayağın.
Ayaqları Qarabağın
Palçığına batıb gəlib.
ANA OĞLUN ŞƏHİD OLUB
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.