10/21/2022

Ürəyim yanındadır

Deyirsən, ölüm sənə çox yaxındadır,
Qorxma sən ölsən də, yaşayacaqsan.
Həmişə ürəyim bax, yanındadır,
Ölsən, dərdlərini boşayacaqsan.

İnsan var yaşayır, öldüyü günü,
Əzrayıl üzünə güldüyü günü.
O dünya xoşuna gəldiyi günü,
Ordan bu dünyanı daşlayacaqsan.

Mənlə yaşamaqdan doymayan qadın,
Ürəyindən yerə qoymayan qadın.
Sağkən yaşamağı duymayan qadın,
Ölüb, yaşamağa başlayacaqsan.

ÜRƏYİM YANINDADIR
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.