10/21/2022

Bu sabah səninlə oyandım ana

Bu gecə yuxuda səni görmüşəm,
Bu sabah səninlə oyandım, ana.
İlk dəfə, ölüncən yatmaq istədim,
Yumub gözlərimi dayandım, ana.

Sənsiz gözlərimə yuxu getmirdi,
Bilirsən, bu axşam necə yatmışam?
Böyüdüb divardan asdığım şəkli,
Sıxıb ürəyimə, gecə yatmışam.

Elə bil, ağ günə çıxmışdın, ana,
Əynində kəfən yox, ağ gəlinlikdi.
Bəlkə, o dünyada xoşbəxtsən, amma-
Mənim xəyallarım cilik-cilikdi.

BU SABAH SƏNİNLƏ OYANDIM ANA
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.