Yaşamadıq, ömür doldu,
Bu ölüm əcəl olmadı.
Nə cibimdə pulum oldu,
Nə də, sözüm ləl olmadı.
Özümü yorduğum yerdə,
Xəyallar qurduğum yerdə.
Yıxıldım, durduğum yerdə,
Tutmağa bir əl olmadı.
Sevgimiz sağ qalar, dedik,
Hamı yada salar, dedik.
Hər şey gözəl olar, dedik,
Heç bir şey gözəl olmadı.
YIXILDIM DURDUĞUM YERDƏ
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.