Qoca bir sənsizlik keçər içimdən,
Üzüm tanışlara heç tanış gəlməz.
Kimdir, o qəlbinin qapısın örtən,
Kimdir o adam, o, körpə, dilbilməz.
İşıqlı adamlar günəşdən sonra,
İşıqlı adamlar gecə seçilir.
Daha, mənim dərdim özümdən keçib,
Daha, mənim dərdim dağla ölçülür.
Səni unudaram, unudularsan,
Sataram yerini, yerin boş qalmaz.
Mən səni sevmərəm, özündən özgə-
Dərdindən ölənin sevənin olmaz.
YERİN BOŞ QALMAZ
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.