İndi elə yaşdayam,
Vaxt yox vaxt itirməyə.
Çox adam yolum ilə,
Gedir dərs götürməyə.
Baxmıram kim qınaya,
Kim unuda, tanıya,
Tələsirəm hamıya,
Özümü yetirməyə.
Saniyəni güdürəm,
Yolu kəsə gedirəm,
Mən ehtiyat edirəm,
Ömrü tez bitirməyə.
İNDİ ELƏ YAŞDAYAM
şeirin müəllifi: Roma Xosrov
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.