11/10/2023

Atam

Atam bizi atanda

Hər gün gözüm yaş oldu.

Hər fəsildə üşüdük,

Ev-eşikdə qış oldu.


Qopdu, ürəyim qopdu,

Dərdim içimə hopdu,

Anam xəstəlik tapdı,

O vaxtdan naxoş oldu.


Sevinmədik, gülmədik,

Yaşamadıq, ölmədik,

Yuxu yata bilmədik

Yasdığımız daş oldu.


Olmadı yada salan,

Pis gündə dayaq olan,

Uşaq vaxtımdan qalan,

Arzularım boş oldu.


Atam

şeirin müəllifi: Roma Xosrov


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.