10/20/2022

Yaşamaqçün üzə düşdüm

Kim gətirdi, kim azdırdı, 
Mən hardan bu izə düşdüm. 
Mənə də, bir yer eləyin, 
Bu dünyaya təzə düşdüm. 

Ana, qulağın səsdədi, 
Qucağın oğul istədi. 
Gəlişim də, baş üstədi, 
Nə yaxşı ki, sizə düşdüm. 

Baxdım, günəşsiz günümə, 
Çox addım atdım ölümə. 
Balam gəldi, göz önümə, 
Yaşamaqçün üzə düşdüm. 

YAŞAMAQÇÜN ÜZƏ DÜŞDÜM 
şeirin müəllifi: ROMA XOSROV


Hiç yorum yok:

Yorum Gönder

Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.