İçimdə titrəyir, əsir ürəyim.
Eşqin sərhəddini keçib, yaxşı bax,
Düşüb əllərinə, əsir ürəyim.
Qəlbimi tapdala, keç incimərəm,
Məni bir özgə bil, seç incimərəm.
Arxamca danışsan, heç incimərəm,
Qarşımda susursan, küsür ürəyim.
Sən məni atmasan, mən qırılmazdım,
İndi dizlərimə hey sarılmazdım.
Arxanca qaçardım, heç yorulmazdım,
Sənsiz nəfəsimi kəsir, ürəyim.
SƏNSİZ NƏFƏSİMİ KƏSİR ÜRƏYİM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.