Hələ ki, qovur bu zaman,
Nə vaxtsa tutacaq, bizi.
Gün gələcək, ağzın açıb,
Bu torpaq udacaq, bizi.
Hər yükü çəkən dizimiz,
Əlimiz, görən gözümüz.
Üzə durub əzizimiz,
Allaha satacaq, bizi.
Haqq-ədalət, düz yaşasa,
Qoyduğumuz iz yaşasa.
Bizdən sonra söz yaşasa,
Ölüm unudacaq, bizi.
ÖLÜM UNUDACAQ BİZİ
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.