Gərək, dil tapaydıq, biz susmayaydıq,
Sevəndə dilimiz lal olmayaydı.
İlk görüş günütək, o son görüşdə,
Ayrılıb getməyə, yol olmayaydı.
Ayrılıq sevgini böyüdər gülüm,
Böyüyər... böyüyər, qəlbinə sığmaz.
Yol salar, göz yaşın yanaqlarından,
Bəlkə, heç o qədər yağış da, yağmaz.
Tərgitdim, sevməyi, mən səndən sonra,
Ən gözəl qızlar da, qəlbimə yatmır.
Nə qədər sən yoxsan, xoşbəxt deyiləm,
Səni unutmaq da, ağlıma batmır.
AYRILIQ SEVGİNİ BÖYÜDƏR GÜLÜM
şeirin müəllifi: ROMA XOSROV
Hiç yorum yok:
Yorum Gönder
Əziz oxucular!
Şairin şeirlərinə fikirlərinizi bildirməklə və şairin şeirlərini öz sosial şəbəkə hesablarınızda paylaşmaqla, dəstək olun!
Diqqət və dəstəyinizdən dolayı sizə təşəkkür edirik!
Hörmətlə: şair, bədii qiraətçi Roma Xosrov.